Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2026
19:53
ff

Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatı

11 iy, 2026
19:53
286

Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatı

Ucarda 16 yaşlı Əlisafa Hacıyevin suda batmasının təfərrüatı məlum olub.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Report-a gəncin əmisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, ailə üzvləri hadisə ilə bağlı məlumatı axşam saat 21:00 radələrində alıblar:

"Əlisəfa yaşıdları ilə Qazyan arxına çimməyə gedib. O, burulğana düşərək batıb. Bütün gecəni axtardıq. Kənd sakinləri FHN-in qaynar telefon xəttinə zəng elədilər, dalğıclar göndərildi. Kənd sakinləri, xilasedicilər, dalğıclar, hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər oldular və Əlisəfanın meyitini tapıb verdilər. Onun meyiti batdığı yerdən təqribən 150 metr aralıdan tapıldı".

Əmisi deyib ki, Ə.Hacyev 9-cu sinfi bitirib, hərbçi olmaq istəyirmiş. O, ailənin tək oğul övladı idı. Gənc ilk dəfə imiş yaşıdları ilə Qazyan arxına çimməyə gedibmiş.

Xatırladaq ki, hadisə iyulun 10-da olub. 2010-cu il təvəllüdlü Əlisafa Məhəmməd oğlu Hacıyev Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində boğulub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul