Bu il ASCO-nun gəmi-bərələri ilə 6 000-nə yaxın sərnişin daşınıb
sizinxeber.az xəbər saytı

Bu il ASCO-nun gəmi-bərələri ilə 6 000-nə yaxın sərnişin daşınıb


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 2025-ci ilin ilk rübündə 5 882 sərnişin daşınıb.

"Sizinxeber.az" bu barədə ASCO-ya istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü üzrə daşınan sərnişinlərn sayı ilə müqayisədə 290 nəfər və ya 4,7 % azdır.

Qeyd edək ki, 2024-cü ilin ilk üç ayında ASCO-nun bərələri ilə 6 172 sərnişin daşınıb.

Məlumata əsasən, bu ilin yanvar-mart aylarında Ələt-Kurık, Kurık-Ələt limanları arasında ümumilikdə 4 456 sərnişin daşınıb. Sərnişinlərin 2 559-u Ələt-Kurık, 1 897-si isə Kurık-Ələt istiqamətində səfər edib.

Eyni dövr ərzində Ələt-Türkmənbaşı, Türkmənbaşı-Ələt limanları arasında 1 426 sərnişinin daşınması həyata keçirilib. Həmin sərnişinlərin 908-i Ələt-Türkmənbaşı, 518-i Türkmənbaşı-Ələt istiqamətində daşınıb.

Xatırladaq ki, karantin rejimi ilə əlaqədar hazırda bərə ilə ölkəni tərk etmək istəyən Azərbaycan vətəndaşları üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Azərbaycana bərə ilə gəlmək istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar isə eyni icazəni almalıdırlar.

Oxşar xəbərlər

Bu il ASCO-ya məxsus tankerlərlə daşınan maye yüklərin həcmi 8 %-ə yaxın artıb
ASCO “Qarabağ” gəmisini rebredinq edib
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 10 %-dən çox artırıb
ASCO “Qarabağ” gəmisini rebrendinq edib
ASCO: Xəzərin səviyyəsinin azalması Bakı-Kurık və Bakı-Türkmənbaşı bərələrinə təsir edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər