ASCO: Xəzərin səviyyəsinin azalması Bakı-Kurık və Bakı-Türkmənbaşı bərələrinə təsir edir
Xəzər dənizində suyun səviyyəsinin azalması yükdaşımalara təsir göstərir.
“Report” xəbər verir ki, bunu "Azərbaycan Xəzər dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr müavini Tariyel Mirzəyev Bakıda keçirilən "Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə" adlı dəyirmi masada bildirib.
"Son illərdə Xəzər dənizinin limanlarında və kanallarında suyun dərinliyinin azalmasının müşahidə olunur. Bu azalma bərələrin tam gücü ilə fəaliyyət göstərməsinə mane olur. Suyun dərinliyinin azalması Bakı limanı ilə Kurık limanı arasındakı marşrutda "Ro-Pax" tipli bərələrin buraxılış qabiliyyətini azaldıb", - T.Mirzəyev bildirib.
Onun sözlərinə görə, xüsusilə dəmir yolu sisternlərinin daşınması 22 %, vaqonların daşınması isə 10 % azalıb.
"Oxşar vəziyyət Türkmənbaşı limanında da yaranıb. Suyun dərinliyinin azalması Bakı-Türkmənbaşı marşrutunda "Ro-Pax" tipli bərələrin buraxılış qabiliyyətinin azalmasına səbəb olub. Bu istiqamətdə dəmir yolu sisternlərinin daşınması 37 %, vaqonların daşınması isə 19 % azalıb", - ASCO-nun sədr müavini vurğulayıb.
Oxşar xəbərlər
Xəzər dənizində suyun səviyyəsinin düşməsi daşımalara təsir göstərib
ASCO “Qarabağ” gəmisini rebredinq edib
ASCO “Qarabağ” gəmisini rebrendinq edib
Heydər Abdikərimov: "Kazmortransflot" və ASCO üçün kənar gəmiçilik şirkətlərinin gəmiləri cəlb edilə bilər"
Roland Prays: Xəzər dənizinin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












