Bakıda IATA-nın Aviasiya Enerji Forumu keçiriləcək
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu 2025 Bakıda keçiriləcək.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Facebook” səhifəsində paylaşım edib.
“Forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (Net Zero Emissions) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq”, - paylaşımda qeyd olunur.
Məlumata görə, 13-15 may 2025-ci il tarixlərində AZAL-ın dəstəyi ilə ölkəmizdə baş tutacaq bu mötəbər forumda 50-dən artıq ölkənin nümayəndələri, 60-dan artıq aviaşirkət və 550-dən artıq qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.
“Azərbaycan və AZAL olaraq Aviasiya Enerji Forumuna ev sahibliyi etməklə qlobal aviasiya gündəminə töhfə verməkdən, beynəlxalq tərəfdaşlıqları genişləndirməkdən və ölkəmizin regionun aviasiya mərkəzi kimi mövqeyini gücləndirməkdən qürur duyuruq”, - paylaşımda vurğulanıb.
Oxşar xəbərlər
İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Kembric Universitetinin direktoru: 2050-ci ilə qədər xalis-sıfır emissiyalara çatmaq fürsətini əldən verə bilərik
Türkiyəli nazir: Şəhərlərdə sıfır emissiya hədəfinə nail olmaq lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
