İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
sizinxeber.az xəbər saytı

İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək


Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

Onun sözlərinə görə, Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə keçiriləcək.

Məlumata əsasən, forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (“Net Zero Emissions”) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq.

S. Rzayev qeyd edib ki, AZAL-ın dəstəyi ilə baş tutacaq bu mötəbər forumda 50-dən çox ölkənin nümayəndəsi, 60-dan çox aviaşirkət və 550-dən artıq qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək:

“Azərbaycan və AZAL olaraq Aviasiya Enerji Forumuna ev sahibliyi etməklə qlobal aviasiya gündəminə töhfə verməkdən, beynəlxalq tərəfdaşlıqları genişləndirməkdən və ölkəmizin regionun aviasiya mərkəzi kimi mövqeyini gücləndirməkdən qürur duyuruq”.

Oxşar xəbərlər

Samir Rzayev: "Neftayırma zavodlarını LCAF istehsalına transformasiya etmək lazımdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Rzayev: Dayanıqlı aviasiya yanacağı proqnozları 2035-ci ilə qədər təxminən 600 min barel ətrafındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Mülki Aviasiya Agentliyi: Sıfır emissiya məqsədinə nail olmaq mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər