Türkiyəli nazir: Şəhərlərdə sıfır emissiya hədəfinə nail olmaq lazımdır
“Şəhərlərdə sıfır emissiya hədəfinə nail olmaq lazımdır”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.
Abdülkadir Uraloğlu deyib ki, Türkiyə 2053-cü ilə qədər bu hədəfə nail olmağa çalışacaq: “Şəhərlərdə elektrikli avtomobillərdən, velosipedlərdən istifadə kimi məsələləri təşviq edirik ”.
Türkiyəli nazir qeyd edib ki, 58 hava limanından 50-i karbon sertifikatı alıb: “Hava, dəniz və quru yollarının ticarətdə böyük önəmi var. Azərbaycanın da daxil olduğu Orta Dəhlizdə Türkiyə də yerləşir. Orta Dəhlizdə elektrik mühərrikli qatarlardan istifadə imkanlarını araşdırırıq. Biz də elektrik mühərrikli qatarlar istehsal etməyə başlamışıq”.
Abdülkadir Uraloğlu nəzərə çatdırıb ki, gələcək nəsillərə yaşana bilən dünya qoymaq üçün karbon emissiyasını azaltmaq vacibdir: “Biz COP29-da ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə sahəsində gördüyümüz işləri çatdırırıq. Azərbaycanın COP29-un təşkili sahəsində fəaliyyəti 10 ballıq sistem üzərindən 10 bal qiymətləndiririk”.
Oxşar xəbərlər
Türkiyənin nəqliyyat və infrastruktur naziri: COP29 yüksək səviyyədə təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli nazir: Azərbaycanla nəqliyyat dəhlizinin açılması zaman məsələsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Prezidenti COP29-da iqlim maliyyəsinin müəyyənləşəcəyinə inandığını bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Əsas sektorlarımızı 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yunanıstan Baş naziri: COP kimi tədbirlərə çox optimist yanaşırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












