AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb
sizinxeber.az xəbər saytı

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb


Bu ilin mart ayı ərzində Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı üzərindən 71 min 773 ədəd bilet satılıb.

“Sizinxeber.az” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 311 reys olmaqla 357 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

Oxşar xəbərlər

AYNA: “biletim.az” portalına yeni istiqamət əlavə edilib
AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır
“Biletim.az” portalından Naxçıvandan Bakıya onlayn bilet almaq mümkün olub
Sumqayıt-Ağcabədi-Sumqayıt avtobuslarına onlayn bilet almaq mümkün olacaq
AYNA: Biletim.az portalı üzərindən bilet alışı 5 dəfə artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər