Metronun “28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq
Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti təşkil edilməyəcək.
Bu barədə “Sizinxeber.az-Economics”in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, qatarlar “Dərnəgül”-“Nizami” stansiyaları arasında hərəkət edəcəklər. Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, Bakıda metronun “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılması layihəsi icra ediləcək. Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirilməli, istismara verməli, tikinti-quraşdırma işləri tamamlanmalıdır. Proqram çərçivəsində metronun “Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. Tunelin inşasına bu ilin sonlarında başlanılacağı nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakı metrosuna Avropadan vaqonlar alınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosu payız-qış rejiminə keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Həzi Aslanov-Əhmədli” stansiyalarında qatarların hərəkət cədvəli açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayram günlərində Bakı metropoliteninin iş rejimi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












