“Həzi Aslanov-Əhmədli” stansiyalarında qatarların hərəkət cədvəli açıqlanıb
sizinxeber.az xəbər saytı

“Həzi Aslanov-Əhmədli” stansiyalarında qatarların hərəkət cədvəli açıqlanıb


Bakı metrosunun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək.

Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, iki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq.

Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.

“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.

Qurum qatarların yeni hərəkət qrafiki, iki stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edir. Eyni zamanda sərnişinlərdən “Əhmədli” stansiyasında da diqqətli olmağı xahiş edilir. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur.

Oxşar xəbərlər

Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayram günlərində Bakı metropoliteninin iş rejimi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosu payız-qış rejiminə keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 zamanı Bakı metrosunun iş rejimi dəyişdiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metronun “Həzi Aslanov”-”Dərnəgül” istiqamətində qatarların çoxu yeni olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər