Bakı metrosuna Avropadan vaqonlar alınacaq
sizinxeber.az xəbər saytı

Bakı metrosuna Avropadan vaqonlar alınacaq


2030-cu ilə qədər Bakı metrosuna 300 yeni vaqon alınması planlaşdırılır.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov deyib.

O qeyd edib ki, vaqonların hələlik hansı ölkədən alınacağı məlum deyil:

“Hazırda danışıqlar gedir. Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq”.

O bildirib ki, bu ildən etibarən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması nəzərdə tutulur:

“Bu, hər xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Bu məqsədlə "Cəfər Cabbarlı" ilə "Nizami" stansiyaları arasında, təxminən, 200 metrlik tunel tikiləcək və bununla da xətlər bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərəcək. Sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək".

E.Əhmədov deyib ki, əsas layihələrdən biri "Dərnəgül" elektrik deposunun tikintisidir:

“Bu depo bütün standartlara cavab verəcək və Yaşıl xəttin tam müstəqil fəaliyyətini təmin edəcək. Eyni zamanda, dayanıqlı enerji təminatı üçün "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarının yaxınlığında iki yeni yarımstansiya inşa olunacaq, Qırmızı xəttin köhnəlmiş yarımstansiyası isə yenilənəcək. Eyni zamanda, “İçərişəhər” və “Xətai” stansiyalarında qatarların dönməsi təmin olunacaq. Xətlərin ayrılması layihəsinin yekununda hərəkət qrafiki daha optimal qurulacaq, intervallar azaldılacaq və sərnişindaşıma səmərəliliyi artacaq. Nəticədə Qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə, Yaşıl xətt üzrə isə 2 dəqiqə 30 saniyəyə enəcək”.

Oxşar xəbərlər

Metronun "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosu yaxın 5 ildə 300 yeni vaqon alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Bakı metrosuna yeni nəsil 20 vaqon gətirilməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosu: Qatarların sayı əsaslı şəkildə artırılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər