Qaydar Abdikerimov: “Bakı limanının ADY-yə birləşdirilməsi logistika sisteminin səmərəliliyini artıracaq”
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə birləşdirilməsi Orta Dəhlizin inkişaf dinamikasına müsbət təsir göstərəcək.
Bunu “Sizinxeber.az”a müsahibəsində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov bildirib.
“Biz inteqrasiya prosesini diqqətlə izləyirik və əminik ki, uzunmüddətli perspektivdə bu, logistika sisteminin səmərəliliyinin artmasına gətirib çıxaracaq. İki əsas infrastruktur obyektinin – Bakı limanı və ADY-nin birləşdirilməsi yüklərin aşırılma vaxtını əhəmiyyətli dərəcədə azalda, daşımaların koordinasiyasını yaxşılaşdıra və tranzit axınları üçün vahid idarəetmə həlqəsi yarada bilər. Bu, öz növbəsində, Orta Dəhlizin inkişaf dinamikasına və onun beynəlxalq səviyyədə rəqabət qabiliyyətinə müsbət təsir göstərəcək”, - qeyd edib.
Xatırladaq ki, 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin yenidən təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, ADY “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması ilə yenidən təşkil edilir.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Qaydar Abdikerimov: “Orta Dəhlizlə daşımaların həcminin 6 dəfəyə qədər artırılması planlaşdırılır”
TBNM-in baş katibi: “Orta Dəhliz çərçivəsində vahid rəqəmsal platforma yaradılır”
Qazaxıstan "Azərbaycan Dəmir Yolları"na vaqon dəstəyi göstərəcək
Qazaxıstan Azərbaycana vaqon dəstəyi göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
