AZAL Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə çağırış edib
"Azərbaycan Hava Yolları" ASC (AZAL) Novruz və Ramazan bayramları ərəfəsində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat artdığına görə sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.
"Sizinxeber.az" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür.
"Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq. Aviabiletləri aviaşirkətin rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərinə müraciət edib
AZAL Naxçıvana səyahət edən sərnişinlərə müraciət edib
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
