Nazir müavini: Bir çox bələdiyyələr fəaliyyət göstərə bilmir
Bələdiyyələr formalaşdıqdan sonra aparılan təhlillər onu göstərir ki, bir çox bələdiyyələr fəaliyyət göstərə bilmir, ərazisində yaşayan əhalinin texniki təminatını təmin etməyə qadir deyillər.
Sizinxeber.az-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib.
Toğrul Hüseynov bildirib ki, buna görə də bələdiyyələrin birləşdirilməsi texnikasından istifadə olunur: “Ərazisində müəyyən təminatları həyata keçirməkdə çox ciddi çətinliklərlə üzləşməkdə olan bələdiyyələr var idi. Buna görə də bələdiyyələrin birləşdirilməsi mexanizmi çərçivəsində özünü idarə etmə iqtidarında olmayan bələdiyyələrin birləşməsi təmin edilib. 1606 bələdiyyənin sayı 685-ə qədər azaldılıb. Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında bələdiyyələrin birləşdirilməsi mühüm rol oynayacaq. Bələdiyyələrin formalaşdırılması işi davam etməkdədir. Görüləsi işlər çoxdur”.
Oxşar xəbərlər
Keçən il bələdiyyələr tərəfindən 1416 akt ləğv edilib, 1133 akt dəyişdirilib
Bələdiyyələrin gəlirləri artıb
77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Azərbaycanda son 5 ildə 158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Azercell və "Samsung"dan yeni kampaniya!
