

Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq
Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.
Konsepsiyaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmət, Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə 2025-2026-cı illərdə 12 dövlət qurumunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasını həyata keçirəcək. Bunun üçün rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılacaq.
Həmçinin, XRİTDX DTX, RİNN, AMEA, ETN ilə birlikdə 2025-2026-cı illər ərzində dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostika sənədinin təsdiq edilməsini və həmin sənəd əsasında informasiya təhlükəsizliyinin diaqnostikasının həyata keçirilməsini təmin etməlidir. Bunun üçün dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılacaq.
Oxşar xəbərlər
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
Həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətləri rəqəmsallaşdırılacaq
Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq
Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulması üçün yoxlamalar davam edir
Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası təsdiq edilib - FƏRMAN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
