Ötən il Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 62 %-dən çox artıb
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 270 milyon 573 min 800 manat vəsait yönəldilib.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "Sizinxeber.az"un yerli bürosuna məlumat verilib.
Bildirilib ki, bu, bir il öncəki göstəricini 62,3 % üstələyib.
İstifadə olunan vəsaitin 38 milyon 518 min 100 manatı və ya 14,3 %-i məhsul istehsalı sahələrinə, 40 milyon 940 min 200 manatı və ya 15,1 %-i xidmət sahələrinə, 191 milyon 115 min 500 manatı və ya 70,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Eyni zamanda əsas kapitala vəsait qoyuluşunun 230 milyon 573 min 400 manatı və ya 85,2 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 68,1 % çoxdur.
Oxşar xəbərlər
Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 5 %-ə yaxın artıb
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 17 % azalıb
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 20 % azalıb
Naxçıvan iqtisadiyyatına investisiya qoluluşu 30 %-dən çox azalıb
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












