Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqlənib
Nazirlər Kabineti “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nı təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar “Aviasiya haqqında” 22 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə” ölkə Prezidentinin 15 fevral 2024-cü il tarixli fərmanının icrasını təmin etmək üçün qəbul edilib, daşımalarının səmərəliliyinin və müntəzəmliyinin təmin edilməsi, hava limanının (aeroportun) fəaliyyətinə qanunsuz müdaxilə aktlarının baş vermə ehtimalının azaldılması, eləcə də aviasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və aviasiya təhlükəsizliyi mədəniyyətinin təşviq edilməsi məqsədilə sərnişinin üzərində, əl yükündə, qeydiyyatdan keçmiş baqajda, yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələrin siyahısına dair məsələlərin təkmil tənzimlənməsini təmin edəcək.
Qərara əsasən, daşınması qadağan edilən əşyalara bütün növ silahlar və kəsici-deşici, eləcə də keyidici (hərəkətsizləşdirici) maddə və əşyalar, peşə, küt alətləri, partlayıcı maddələr (əşyalar) və partlayıcı vasitələr, sıxılmış və ya mayeləşdirilmiş qazlar, tez alışan mayelər, alışan bərk maddələr, zəhərli və zəhərləyici maddələr və aşındırıcı və korroziyalaşdırıcı maddələr daxildir. Həmçinin bu siyahıya Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9284, təhlükəli yüklərin hava yolu ilə təhlükəsiz daşınması üzrə Texniki təlimatlar”ında sərnişinlər və hava gəmisinin heyətinin əl yükü və üzərində müəyyən edilmiş şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar daxildir.
Oxşar xəbərlər
Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib
"Aviasiya haqqında” qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq
Nazirlər Kabineti uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qərar verib
Dərman vasitəsinin tanınması üçün xarici ölkələrin və beynəlxalq təşkilatların siyahısı təsdiqlənib
Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












