Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar verib
sizinxeber.az xəbər saytı

Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar verib


Nazirlər Kabineti “Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nı təsdiq edib.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Yol hərəkəti haqqında” qanuna əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminə aşağıdakı məlumatlar ötürür:

1. kiçik elektrik nəqliyyat vasitəsinin operatoru olan hüquqi şəxsin adı və VÖEN-i və ya fərdi sahibkarın soyadı, adı və atasının adı, VÖEN-i;

2. kiçik elektrik nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən olunmuş eyniləşdirmə məlumatı, habelə operatoru tərəfindən müəyyən olunmuş eyniləşdirmə nömrəsi;

3. kiçik elektrik nəqliyyat vasitəsilə səfərin eyniləşdirmə nömrəsi, səfərin başlanma və başa çatma yeri, tarixi və vaxtı, səfər üzrə hərəkət marşrutu və sürəti barədə məlumatlar.

Qərar “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” 28 iyun 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında dövlət başçısının 24 iyul 2024-cü il tarixli fərmanının 2.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Oxşar xəbərlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib
Milli Məclis 14 yaşdan yuxarı şəxslərin kiçik elektrik nəqliyyat vasitəsini idarə etməsinə icazə verib
Azərbaycanda “Elektrik enerjisindən istifadə Qaydaları” dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər