“20 Yanvar”dan Sumqayıta gedəcək ekspres marşrutunda gediş haqqı müəyyən edilib
594 nömrəli Bakı-Sumqayıt ekspres marşrutu üzrə sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.
Sizinxeber.az AYNA-ya istinadən xəbər verir ki, Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.
Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.
Sumqayıtdan avtobusların ilk çıxışı saat 05:50, Bakıdan saat 06:20-də, son çıxışı isə Sumqayıtdan saat 22:30, Bakıdan saat 23:00-dadır.
Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Oxşar xəbərlər
“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir
Bakı-Sumqayıt istiqamətində yeni ekspres marşrutu istifadəyə verilir
COP29-la əlaqədar 57 avtobusun hərəkət sxemi dəyişdirilir
ADY: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə reyslər artırılır
Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
