Bakı-Sumqayıt istiqamətində yeni ekspres marşrutu istifadəyə verilir
sizinxeber.az xəbər saytı

Bakı-Sumqayıt istiqamətində yeni ekspres marşrutu istifadəyə verilir


Dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.

Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.

Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq. Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzil başına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək. Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.

Oxşar xəbərlər

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt-Pirşağı-Bakı qatarı qrafikdən qismən kənara çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər