

Anar Rzayev: "COP29-un ilk günlərində aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq"
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə edilməli olacaqlar.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gələ bilməyəcəklər: "İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və "Terminal 2"də vətəndaşları düşürə bilərlər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq. Həmin ərazilərdə fəaliyyət göstərəcək H1 və H2 avtobusları ilə vətəndaşlar ünvanlara gedə bilərlər. H1 üzrə marşrut hava limanı - "28 may" ərazisini, H2 üzrə marşrut isə hava limanı - "Əhmədli" metrosu stansiyasını əhatə edir".
Oxşar xəbərlər
COP29 iştirakçılarının ünvanlara çatdırılması üçün 16 nəqliyyat qovşağı yaradılıb
Anar Rzayev: "Bakıda 2030-cu ilə qədər səfərlərin 30-40%-i fərdi nəqliyyatla ediləcək"
Anar Rzayev: Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır
Anar Rzayev: "Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb"
Anar Rzayev: "Bakıda nəhəng piyada zonası yaradılacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Səudiyyə Ərəbistanı təxminən 142 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
-
Rəsmi Ankara Türkiyədə keçiriləcək Rusiya - Ukrayna müzakirələrinə ümidlə yanaşır
-
Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub
-
Azərbaycanla CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
-
Zelenski: Trampın Türkiyədəki danışıqlarda iştirakı Putinin iştirakı üçün təkan olacaq
-
Tramp ticarət sazişinə görə Si Tszinpinlə görüşə bilər
