Anar Rzayev: "Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb"
sizinxeber.az xəbər saytı

Anar Rzayev: "Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb"


Bakıda qaydalara riayət etməyən 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və yaxud sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Bundan başqa, A.Rzayev deyib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan çox taksi duracağı var, amma onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda, yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.

Oxşar xəbərlər

Bakıda taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Rzayev: "Bakıda 2030-cu ilə qədər səfərlərin 30-40%-i fərdi nəqliyyatla ediləcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Rzayev: Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər