Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə nəqliyyat, xüsusilə dəmiryolu və metro sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R. Nəbiyevin ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktorunun müavini Şiahonq Yanqla keçirdiyi görüşdə baş tutub.
"Ölkəmizdə ictimai nəqliyyatın inkişafı istiqamətində Asiya İnkişaf Bankı tərəfindən göstərilə biləcək dəstəklə bağlı fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, oktyabrın 1-də ADB Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon ABŞ dollarlıq kreditin ayrılmasını təsdiq edib.
Oxşar xəbərlər
Azərbaycan Asiya İnkişaf Bankı ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və ADB enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













