Mixail Yevdokimov: "Bakı və Moskva sürətləndirilmiş dəmir yolu və multimodal daşımalar layihəsi üzərində işləyir"
Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin gücləndirilməsi üçüncü ölkələrin bazarlarına birgə çıxış üçün yaxşı perspektivlər açır.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun Rusiya nəşrlərinin birində dərc olunan məqaləsində bildirilib.
"Rusiya və Azərbaycan arasında müttəfiqlik əməkdaşlığının gücləndirilməsi təkcə vətəndaşlarımızın rifahına təsir göstərmir, həm də üçüncü ölkələrin bazarlarına birgə çıxış üçün yaxşı perspektiv yaradır. Bu kontekstdə Rusiya, Azərbaycan və İranın kənd təsərrüfatı məhsullarının xarici bazarlara etibarlı logistikasını təmin edəcək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətinin artırılması istiqamətində səylərini qeyd etmək istərdim. Bakı və Moskva arasında sürətləndirilmiş dəmir yolu və multimodal daşımalar layihəsi hazırlanır", - diplomat qeyd edib.
M.Yevdokimovun sözlərinə görə, nəqliyyat və kommunikasiya sektoru ilə yanaşı, ölkələr arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün əhəmiyyətli potensial var.
"Biz ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı sahəsində də əməkdaşlığın artdığını müşahidə edirik. Statistik məlumatlar bunu sübut edir. Cari ildə kənd təsərrüfatı məhsulları ilə ticarətin artım tempi təxminən 10 % göstəriciyə çatır. Hər iki ölkənin aqrar ixracatçıları həcmlərin artırılmasına və tədarük çeşidinin genişləndirilməsinə maraq göstərirlər. Hər il “Baku Expo”da keçirilən və ziyarətçilər arasında böyük populyarlıq qazanan Xəzər regionunun ən böyük aqrar sərgisində Rusiya ekspozisiyası mühüm yer tutur", - o bildirib.
Səfir vurğulayıb ki, Rusiyanın da Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfəsi var: “Biz ölkəyə mühüm taxıl bitkiləri və kənd təsərrüfatı gübrələrinin tədarükündə lider mövqe tuturuq. İşgüzar dairələr arasında əlaqələrin genişləndirilməsində Rusiya subyektlərinin və kənd təsərrüfatı sahibkarlarının müntəzəm olaraq keçirilən biznes missiyaları böyük əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
“Ulyanovsk – Bakı - Astara” birbaşa yük blok qatarının marşrutu təsdiqlənib
Rusiya səfiri: Qarabağ məsələsi bağlıdır
Səfir: Moskva və Bakı Qarabağda sülhməramlılarla bağlı danışıqların tarixlərini razılaşdırırlar
Rusiya səfiri: Ermənistan Naxçıvana nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları ləngidir
Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












