“Ulyanovsk – Bakı - Astara” birbaşa yük blok qatarının marşrutu təsdiqlənib
sizinxeber.az xəbər saytı

“Ulyanovsk – Bakı - Astara” birbaşa yük blok qatarının marşrutu təsdiqlənib


Rusiya hökuməti “Ulyanovsk – Bakı - Astara (İran)” birbaşa yük blok qatarının marşrutunu təsdiqləyib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib.

“Bu günlərdə “Rusiya Dəmir Yolları”ndan şad xəbərlər gəlib - “Ulyanovsk – Bakı - Astara (İran)” birbaşa yük blok qatarının marşrutu təsdiqlənib. Bu, “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizidir. İxrac qatarı ilə aqrar-sənaye, o cümlədən ağac emalı məhsullarının göndərilməsinə hazırlıq gedir”, - qubernator qeyd edib.

Onun sözlərinə görə, qatarın işə salınması Bakıya səfəri zamanı Azərbaycanın Baş Naziri Əli Əsədovla əldə etdiyi razılaşmaların, o cümlədən Rusiyanın Bakıdakı səfirliyi, Ticarət Nümayəndəliyi və Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə iki ölkənin dəmir yolu idarələrinin əlaqələndirilmiş işinin nəticəsidir.

A.Russkix qeyd edib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələsini müzakirə ediblər.

“Ötürücülük qabiliyyətinin artırılması və yüklərin daşınma həcminin 15 milyon tondan 30 milyon tona çatdırılması üçün dəhlizin dəmir yolu hissəsi modernləşdirilir. Bu razılaşma Ulyanovsk vilayətinin təşəbbüskarı olduğu və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” yeni ticarət və logistika marşrutunun inkişafı üçün böyük perspektivlər açır”, - qubernator yazıb.

Oxşar xəbərlər

Rusiyanın Ulyanovsk şəhərində yanğında 3 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çindən Orta Dəhlizlə bu il göndərilən blok qatarların sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə axşam reysləri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çindən Orta Dəhlizlə bu ilin birinci yarısında 105 blok qatar yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər