Bakının Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin Şəhər şosesində avtobus zolağı təşkil edib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1 600-dən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə qədər sərrnişin daşınır.
"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək", - deyə AYNA bəyan edib.
Oxşar xəbərlər
Bakıda Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












