Zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınıb
Bakıda 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib və gün ərzində 898 550 sərnişin rahat və maneəsiz daşınıb.
"Sizinxeber.az" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 67 232 dəfə avtobus hərəkət edir.
Bu gün avtobuslarla 1 215 681 sərnişinin daşınması həyata keçirilir. Ötən illə müqayisədə marşrut xətləri üzrə avtobusla sərnişindaşımada 7% çoxdur.
Yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib
Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Gündüz gecikən, axşam yoxa çıxan 79 nömrəli avtobuslar: Bu marşrut xətti YENİLƏNƏCƏK?
AYNA: Bakı və Abşeronda avtobusla sərnişindaşıma 6,5 % artıb
Bakıda Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












