ADY Çində keçirilən Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sentyabrın 24-26-da Çində keçirilən 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla iştirak edib.
“Sizinxeber.az” quruma istinadən xəbər verir ki, Azərbaycanı sərgidə ADY ilə yanaşı, milli pavilyonda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də təmsil edib.
Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna həsr edilmiş milli pavilyon ziyarətçilərin böyük marağına səbəb olub. Pavilyonda Bakıda keçiriləcək COP29 tədbiri, “yaşıl” nəqliyyat, Azərbaycanın dəmiryol şəbəkəsi, Orta Dəhliz və digər istiqamətlərdə yükdaşımalara aid müxtəlif təqdimatlar və videoçarxlar nümayiş etdirilib.
Həmçinin milli pavilyonu ziyarət edənlərə modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Orta Dəhlizə gətirdiyi əlavə üstünlüklər, optimal yükdaşıma qrafiki və əməliyyatların rəqəmsallaşdırılması haqqında geniş məlumat verilib.
Oxşar xəbərlər
ADY Çin 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib
ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə edib
"CFR Marfă": "Orta Dəhliz" bütün tərəflərə imkanlar, fürsətlər yaradır
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq
"Albayrak" "Orta Dəhliz"in buraxılış gücünü artırmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
