ADY: Özbəkistan–Qırğızıstan–Çin dəmir yolu Avrasiya Nəqliyyat Marşrutunun imkanlarını genişləndirəcək
sizinxeber.az xəbər saytı

ADY: Özbəkistan–Qırğızıstan–Çin dəmir yolu Avrasiya Nəqliyyat Marşrutunun imkanlarını genişləndirəcək


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir.

"Report" xəbər verir ki, bu barədə müzakirələr sentyabrın 19-20-də Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində ADY-nin sədri Rövşən Rüstəmovun “Qırğızıstan Dəmir Yolları” Milli Şirkəti Dövlət Müəssisəsinin Baş direktorunun müavini Dastan Usubakunovla keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan və Qırğızıstan arasında dəmir yolu sahəsində əməkdaşlığın inkişaf perspektivləri, ortaq maraq dairəsində olan məsələlər, eyni zamanda Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətləri haqqında müzakirələr baş tutub.

Bununla yanaşı, tərəflər Çindən Qırğızıstan vasitəsilə daha çox yükün daşınması üçün potensialın olduğunu, yaxın gələcəkdə tamamlanacaq Özbəkistan–Qırğızıstan–Çin dəmir yolu xəttinin Avrasiya Nəqliyyat Marşrutunun imkanlarını genişləndirəcəyi vurğulanıb.

Oxşar xəbərlər

ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir
Bakıda Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib
Tacikistanın Orta Dəhlizlə Avropa bazarına çıxış imkanları müzakirə edilib
Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib
Qırğızıstan və Azərbaycan Xəzər dənizi vasitəsilə Çin yüklərinin daşınmasını müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər