MSC gəmiçilik şirkəti Mərkəzi Asiyaya konteyner daşımalarının payını artırmağı planlaşdırır - EKSKLÜZİV
Mərkəzi Asiya istiqamətində konteyner daşımalarının payının artırılması hədəflənir.
Bunu "Sizinxeber.az"a açıqlamasında dünyanın konteyner daşımaları üzə ən böyük gəmiçilik şirkəti olan "Mediterranean Shipping Company"nın (MSC) idarəedici direktoru Alkan Alıcı deyib.
Onun sözlərinə görə, dünyada yüklərin 80-90 %-i konteynerlə daşınır, lakin Mərkəzi Asiyada bu göstərici cəmi 5 % təşkil edir.
A.Alıcı həmçinin vurğulayıb ki, MSC regionda konteyner daşımalarının təxminən 50 %-nə nəzarət edir və həcmləri artırmaq niyyətindədir: "Biz karbamid və digər məhsulların konteynerləşdirilməsini artırmaq istəyirik ki, bu da konteyner daşımalarını genişləndirməyə imkan verəcək".
Nəqliyyat dəhlizlərindən danışarkən o, son illər Orta Dəhliz üzrə daşımaların həcminin artdığını qeyd edib və bu göstəricinin gələcəkdə daha da artacağına əminliyini ifadə edib. Azərbaycanla əməkdaşlıq çərçivəsində A.Alıcı qeyd edib ki, MSC Bakı limanında fəaliyyət göstərən Türkiyənin "Albayrak" şirkətlər qrupunun xidmətlərindən fəal şəkildə istifadə edir.
Xatırladaq ki, 2024-cü ilin 7 ayı ərzində Orta Dəhliz üzrə daşımaların həcmi 2,56 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63 % çoxdur. 2024-cü ildə dəhliz üzrə daşımaların həcminin 4,2 milyon tona çatacağı gözlənilir. 2023-cü ildə Orta Dəhliz üzrə yük daşımalarının həcmi 65 % artaraq 2,7 milyon ton təşkil edib.
Oxşar xəbərlər
Astara-Bakı-Həştərxan konteyner qatarı işə salına bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konteyner daşıyıcılarının mənfəəti rekord səviyyəyə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyanın aparıcı gəmiçilik şirkəti Azərbaycanda ofis aça bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Şimali Koreya Rusiyaya silahla dolu 13 mindən çox konteyner göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












