Konteyner daşıyıcılarının mənfəəti rekord səviyyəyə çatıb
Qlobal konteyner sənayesi bu ilin ikinci rübündə yüksək mənfəət artımı nümayiş etdirib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg"in sözügedən sahənin təhlilinin nəticələrinə dair hesabatında bildirilib.
Nəşrin məlumatına görə, dünyanın ən böyük konteyner daşıyıcılarının, o cümlədən Danimarkanın “A.P. Moller-Maersk A/S” və Çinin “Cosco Shipping Holdings Co.” şirkətlərinin xalis mənfəəti birinci rüblə müqayisədə təxminən iki dəfə artaraq 10,2 milyard ABŞ dollarından çox olub.
Bu göstərici 8,88 milyard ABŞ dolları məbləğində mənfəətin əldə edildiyi 2023-cü ilin ikinci rübünün göstəricisini ötüb.
Agentliyin məlumatına görə, mənfəət artımına Qırmızı dənizdə marşrutların dəyişdirilməsindən sonra rekord həcmdə daşımalar və yükdaşıma tariflərinin artması təsir göstərib. “Container Trades Statistics Ltd”nin məlumatına görə, qlobal konteyner daşımaları 20 fut ekvivalentində rekord 46,4 milyon vahidə çataraq 2021-ci ilin ikinci rübündə müəyyən edilmiş 46,2 milyonluq əvvəlki rekordu üstələyib.
Oxşar xəbərlər
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
