ADY: Dəmir yolunun qadağan olunmuş hissəsindən keçən piyada xəsarət alıb
Bu gün saat 12:40-da "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən ortayaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
"Sizinxeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Hadisə nəticəsində həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb".
"ADY bir daha insanları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır",- deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Keşlə-Biləcəri sahəsində orta yaşlı şəxs qəfil qatarın qarşısına çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda piyada elektrovoza toxunaraq bədən xəsarəti alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda sürət qatarı azyaşlını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Tovuzda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda qatar dəmiryoluna çıxan uşağı vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












