Noyabrda Həştərxanda “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə beynəlxalq forum keçiriləcək
Noyabrın 13-15-i tarixlərində Həştərxanda “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi - yeni üfüqlər” beynəlxalq forumu keçiriləcək.
“Sizinxeber.az” bu barədə Belarusun İnvestisiya və Özəlləşdirmə Milli Agentliyinin məlumatına istinadən xəbər verir.
Qeyd olunub ki, forumun keçirilməsində məqsəd Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrika ölkələri ilə dayanıqlı ticarət-iqtisadi əlaqələrin yaradılması və bu ölkələrin premium bazarlarına tez və sərfəli şəkildə daxil olmaq imkanı kimi nəzərdən keçirilən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyəti üçün yeni konsepsiyanın formalaşdırılmasıdır.
Sessiya mövzuları İran, İraq, Pakistan, Əfqanıstan, Yaxın Şərq, Cənubi Asiya, Şərqi Afrika və Qlobal Cənubun bazarları, ehtiyacları və ixrac təklifləri; Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrikada mövcud və yeni ticarət mərkəzləri ilə bağlı olacaq.
Bundan əlavə, “Şimal-Cənub” dəhlizinin nəqliyyat və logistika marşrutları və əlaqədar marşrutlarla daşımaların faktiki dəyəri, sürəti və müntəzəmliyi; Şərq və Qlobal Cənub ilə işləmək üçün maliyyə ödəmə sxemləri və yük sığortası; yeni şəraitdə paralel idxal və təkrar ixrac məsələləri müzakirə olunacaq.
Forumun iştirakçıları “Şimal-Cənub” dəhlizi arealı, Hind okeanı, Şərqi Afrika, Cənubi və Cənub-Şərqi Asiya regionunda yerləşən ölkələrin hökumət və biznes strukturlarının nümayəndələri, habelə ixrac-idxal şirkətləri, treyderlər, bank, maliyyə, hüquqi və konsaltinq strukturları və logistika şirkətləridir.
2023-cü ildə forumda 17 ölkədən 240-dan çox şirkətin nümayəndələri iştirak edib.
Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanıb. Hazırda 12 ölkə, o cümlədən Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və Oman sazişin iştirakçılarıdır. Uzunluğu 7,2 min km olan marşrut Sankt-Peterburqdan (Rusiya Federasiyası) Mumbay limanına (Hindistan) qədər uzanır. “Şimal-Cənub” dəhlizi 3 marşrutdan: Transxəzər (dəmir yolları və limanlardan istifadə edilməklə), qərb və şərq (quru) marşrutlarından ibarətdir.
Oxşar xəbərlər
Bu il İran “Şimal-Cənub” dəhlizi ilə yük tranzitinin 3 dəfə artacağını gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişaf perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə dəyərli töhfəsini verir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şimal-Cənub” nəqliyyat dəhlizinin şərq qolunun nəqletmə potensialı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












