Bu il İran “Şimal-Cənub” dəhlizi ilə yük tranzitinin 3 dəfə artacağını gözləyir
Bu il İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqaməti üzrə yüklərin tranzitini 3 dəfə - 2 milyon tona qədər artırmağı planlaşdırır.
"Sizinxeber.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
“Biz 2023-cü ildə Rusiya, Qazaxıstan və Türkmənistanın köməyi ilə bu (şərq - red.) istiqamətdə yüklərin daşınması əməliyyatına başladıq. 2023-cü ildə bu həcmlər 650 min ton idi. Potensialı nəzərə alaraq, biz Rusiya tərəfi ilə razılığa gəldik və 2024-cü ilə - 2 milyon ton hədəf qoyduq”, - deyə Cəlali Həştərxanda keçirilən IX Xəzər Media Forumunda jurnalistlərə bildirib.
K.Cəlali əlavə edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqamətinin tutumu 15 milyon ton yük təşkil edir, ona görə də bu qolun potensialından tam istifadəyə doğru getmək lazımdır.
Xatırladaq ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
Oxşar xəbərlər
“Şimal-Cənub” nəqliyyat dəhlizinin şərq qolunun nəqletmə potensialı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişaf perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: “İran Rusiya qazının tranzitində maraqlıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












