Azərbaycanda su resurslarının azalmasının səbəbləri açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda su resurslarının azalmasının səbəbləri açıqlanıb


Azərbaycanda son 7 ildə buzlaq sahələri orta hesabla 18 % azalıb.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son illərdə ölkəyə daxil olan su ehtiyatlarında da azalma müşahidə edilir ki, burda azalma 18-20 % çivarındadır: “Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2 % azalma qeydə alınıb”.

F. Tağıyev bildirib ki, Kür çayının aşağı axınında su səviyyəsinin aşağı olması müşahidə edilir: "Son 3-4 ilə baxsaq görərik ki, ölkə belə bir problemlə üzləşir: artıq Kür çayı dənizə deyil, dəniz Kür çayına axır. Bu o deməkdir ki, Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu zamanla su resurslarımıızn azalmasına səbəb olacaq”.

Oxşar xəbərlər

Firudin Tağıyev: "İşğaldan azad edilmiş ərazilərin potensialı şirin su ehtiyatlarımızı daha da əlçatan edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTN: Azərbaycanda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda suvarma üçün subsidiyanın artırılması nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazilərin sahəsi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO rəsmisi: “Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər