Qazaxıstan 2030-cu ilə qədər limanların gücünü 30 milyon tona çatdıracaq
sizinxeber.az xəbər saytı

Qazaxıstan 2030-cu ilə qədər limanların gücünü 30 milyon tona çatdıracaq


Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı çərçivəsində 2030-cu ilədək ölkə limanlarının ötürücülük qabiliyyətini indiki 21 milyon tondan illik 30 milyon tona çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, nazir Marat Karabayev bu gün Manqistau vilayətinə işgüzar səfəri zamanı Xəzər dənizində iri nəqliyyat infrastrukturu obyektlərinin fəaliyyəti ilə tanış olub. Nazir xüsusilə Aktau, Kurık və Bautino dəniz limanlarına baş çəkib, həmçinin Sarja, Ersay və Severnı dəniz terminallarının fəaliyyətini yoxlayıb.

“Dəniz infrastrukturunun inkişafı çərçivəsində əlavə konteyner terminalı qurğularının yaradılması, yükdaşıma avadanlığının yenilənməsi, logistikanın inkişafı, gömrük və inzibati prosedurların sadələşdirilməsi, həmçinin TBNM və Şimal-Cənub dəhlizlərinin rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir. Ümumilikdə, bu işlərin nəticələrinə əsasən, 2030-cu ilə qədər Qazaxıstan limanlarının ötürücülük qabiliyyətinin indiki 21 milyon tondan 30 milyon tona çatdırılması planlaşdırılır”, - məlumatda vurğulanıb.

Bildirilib ki, bu işlər TBNM-nin inkişafı çərçivəsində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir və bu istiqamətdə yüklərin daşınmasına artan ehtiyaclara xidmət göstərməyə imkan verəcək.

Xatırladaq ki, marşrut üzrə yükdaşımaların həcmi 7 ay ərzində 62 % artaraq 2,5 milyon ton (2023-cü ilin eyni dövründə 1,6 milyon ton) təşkil edib.

TBNM və ya Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

Oxşar xəbərlər

Qazaxıstan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişaf perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirən yolun əsaslı təmiri başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta Dəhlizin inkişafı çərçivəsində Kurık limanında dibdərinləşdirmə işlərinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta Dəhlizlə yükdaşımalar 65 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər