Dünya bazarlarının əsas indeks göstəriciləri
sizinxeber.az xəbər saytı

Dünya bazarlarının əsas indeks göstəriciləri


Avqustun 6-da ABŞ və Avropa fond bazarlarında əsas indekslər üzrə artım müşahidə olunub.

"Sizinxeber.az-Economics"in fond bazarlarına istinadən xəbər verir ki, ABŞ-da Nasdaq Composite indeksi 1,21% artaraq 21 169,43 bəndə yüksəlib. S&P 500 indeksi 0,73% artaraq 6 345,06 bənd, Dow Jones Industrial Average isə 0,18% artaraq 44 193,12 bənd təşkil edib.

NYSE Composite indeksi 0,16% artaraq 20 489,05 bənd, Kanadanın S&P/TSX Composite indeksi isə 1,27% artımla 27 920,87 bənd səviyyəsinə çatıb.
Avropa fond bazarlarında da müsbət tendensiya davam edib. Almaniyanın DAX indeksi 0,33% artaraq 23 924,36 bəndə, İspaniyanın IBEX 35 indeksi 0,90% artaraq 14 536,60 bəndə yüksəlib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,24% artaraq 9 164,31 bənd, Euro Stoxx 50 indeksi 0,26% artaraq 5 263,29 bənd, Fransanın CAC 40 indeksi isə 0,18% artaraq 7 635,03 bənd təşkil edib.

Analitiklər buna əsas səbəbi kimi investorların ABŞ-da əmək bazarının sabitliyi və texnologiya sektorunda gəlirlərin güclü artımı fonunda riskli aktivlərə marağının artmasını göstərirlər. Eyni zamanda, Avropada inflyasiyanın nəzarətə alınması və iqtisadi tənəzzül risklərinin nisbətən azalması da indekslərə müsbət təsir edib.

Oxşar xəbərlər

ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunur - İndekslər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal fond bazarlarında kəskin eniş müşahidə edilir - İNDEKSLƏR [xfgiven_updateblue][/xfgiven_updateblue]
FED-in qərarından əvvəl ABŞ fond bazarlarında eniş davam edir - İndekslər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Avropa fond bazarlarında artım müşahidə olunur - İndekslər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fond bazarlarında eniş müşahidə edilir - Birjada son durum [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər