Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayı açıqlanıb


Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayı açıqlanıb.

APA-Economics” ADY-yə istinadən xəbər verir ki, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı–Qəbələ–Bakı xətti üzrə 4 əlavə reys təyin olunub. Bakı–Balakən–Bakı marşrutu üzrə isə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.

Qeyd edilib ki, 5 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb. Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı–Balakən–Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.

6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. Bakı–Qəbələ–Bakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib.

6-9 iyun tarixlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla həmin tarixlərdə 45 361 nəfər daşınıb.

Ümumilikdə 6-9 iyun tarixlərində qatarlarla 54 675 nəfər səyahət edib.

Oxşar xəbərlər

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
ADY bayram günlərində qatarla səfər edən sərnişinlərin sayını açıqlayıb
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər