“Azərişıq” Tovuzda yenidənqurma işlərini davam etdirir - VİDEO
Regionların elektrik təsərrüfatının yenilənməsi istiqamətində “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və quruculuq işləri Tovuz rayonunu da əhatə edib. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur. 110/35/10 kV-luq “Qovlar” və 110/35/6 kV-luq “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Rayonun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu olmaqla 8 kəndində işlər başa çatdırılıb.
“APA-Economics” xəbər verir ki, kəndlərdə istismar müddətini başa vurmuş 0.4, 6 və 10 kV-luq dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Hazırda Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan olmaqla 3 kənddə yenidənqurma işləri davam etdirilir. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.
Yenidənqurma işləri çərçivəsində 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin də elektrik şəbəkəsi yenidən qurulub. Kəndin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb. 0.4 və 10 kV-luq dayaqlar basdırılıb, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib.
“Azərişıq” ASC-nin əsas hədəfi vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir. Bu hədəfə nail olmaq üçün Şərqi Zəngəzur və Qarabağ da daxil olmaqla ölkənin bütün regionlarında yenidənqurma və əsaslı təmir-bərpa işləri davam etdirilir.
Oxşar xəbərlər
“Azərişıq” Kürdəmirdə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcər və Laçında elektrik enerjisi infrastrukturu yenidən qurulur - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirin 7 kəndinin elektrik şəbəkəsi yenilənir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərişıq" paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Laçının qaz təchizatında müvəqqəti fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











