"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 1 213 evin inşası sona çatıb.
"Report" xəbər verir ki, "Haber Global" telekanalının əməkdaşı sözgedən şəhərdə olub.
Bildirilir ki, tikinti işləri TOKİ və MİDA-nın rəhbərliyi ilə həyata keçirilib. Zəlzələdən sonra dağılan evlər müasir şəhərsalma yanaşması ilə yenidən qurulur.
Layihəyə 1 213 ev, 1 318 mağaza və 464 ofis daxildir.
Məhəllədə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da var.
Telekanalın əməkdaşı evlərin öz sahiblərinə iyunun sonunda təhvil veriləcəyini və açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.
Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.
Oxşar xəbərlər
Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
"Haber Global": Azərbaycanın Kahramanmaraşda məktəb açması iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir
Ərdoğan Azərbaycanla bağlı 100 milyonluq sazişi təsdiqlədi
“Haber Global”: İlin sonunadək Kahramanmaraşın "Azərbaycan Məhəlləsi"ndə 453 minə yaxın mənzil və iş yeri təhvil veriləcək
MİDA: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin bir hissəsinin inşası yekunlaşmaq üzrədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











