Xankəndidə WUF13 festivalının ikinci hissəsi başlayıb
Xankəndi şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci hissəsi başlayıb.
"Sizinxeber.az"un Xankəndinə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, şəhər sakinləri və qonaqlar arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası barədə məlumatlılığın artırılması məqsədilə WUF13 festivalı baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb, və iştirakçılara uğurlar arzulayıb.
Tədbir çərçivəsində ictimai proqram interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
6 200 iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Xankəndi şəhərinin müasir memarlıq üslubu, tarixi, Qarabağda olan tarixi abidələr, barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Xankəndidə WUF13-ün ikinci hissəsi başlayıb
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
