Xankəndidə WUF13-ün ikinci hissəsi başlayıb
sizinxeber.az xəbər saytı

Xankəndidə WUF13-ün ikinci hissəsi başlayıb


Xankəndi şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci hissəsi başlayıb.

"Report"un Xankəndinə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, şəhər sakinləri və qonaqlar arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası barədə məlumatlılığın artırılması məqsədilə WUF13 festivalı baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb, və iştirakçılara uğurlar arzulayıb.

Tədbir çərçivəsində ictimai proqram interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

6 200 iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Xankəndi şəhərinin müasir memarlıq üslubu, tarixi, Qarabağda olan tarixi abidələr, barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
Qəbələdə WUF13 Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər