Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Gəncə şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi şəxslər, eləcə də ictimaiyyət nümayəndələri festivalda iştirak ediblər.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
28 minə yaxın iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Gəncə şəhərinin memarlıq abidələrinə dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
Qəbələdə WUF13 Festivalı keçirilib
WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb
Şəkidə WUF13 Festivalı keçirilib
Qəbələdə WUF13 Festivalı başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
