WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb
Xəbər verildiyi kimi, mayın 2-də Lənkəran şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
"Sizinxeber.az"un Cənub bürosu xəbər verir ki, festivalın ictimai proqramı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rəsmi şəxslərin və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilib.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
Həmçinin WUF13 və şəhərsalma mövzularında, eləcə də Lənkəranın memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə hədiyyələr təqdim edilib.
9000-dən çox iştirakçının qatıldığı proqram böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər
WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
