Aleksi Aleksişvili: "Ticarətin fraqmentasiyası Orta Dəhliz ölkələrinin əsas problemi olaraq qalır"
sizinxeber.az xəbər saytı

Aleksi Aleksişvili: "Ticarətin fraqmentasiyası Orta Dəhliz ölkələrinin əsas problemi olaraq qalır"


Orta Dəhliz dövlətlərinin ən kəskin problemi ticarət əlaqələrinin yüksək dərəcədə fraqmentasiyasıdır.

"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Policy and Management Consulting Group"un İdarə Heyətinin sədri və Baş direktoru Aleksi Aleksişvili Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində Panasiya dəhlizlərinə həsr olunmuş seminarda səsləndirib.

"Bu fraqmentasiya həm siyasi amillər, həm də dövlət idarəçiliyinin xüsusiyyətləri ilə şərtlənir. Məsələn, səkkiz dövlətdən beşi Ümumdünya Ticarət Təşkilatının üzvüdür, üçü isə hələ təşkilata qoşulmayıb. Azad ticarət zonalarında iştirak səviyyəsində fərqlər müşahidə olunur. Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi İttifaqının (Aİİ) iştirakçılarıdır. Digər dövlətlər ona daxil deyil, baxmayaraq ki, onlar arasında tariflərin tənzimlənməsi üçün mühüm əhəmiyyət kəsb edən MDB sazişi fəaliyyət göstərir", - İdarə Heyətinin sədri qeyd edib.

Onun qiymətləndirməsinə görə, davam edən pərakəndəlik iqtisadi idarəetmə sahəsindəki çətinliklərlə tamamlanır: "İlk növbədə bu, gömrük sahəsinə təsir edir: müxtəlif dövlətlərin gömrük orqanları hələ də fəaliyyətlərini öz aralarında əlaqələndirmirlər. Rəqəmsallaşma tətbiq edilməyib, prosedurlar qurulmayıb, qaydaların unifikasiyası mövcud deyil. Bura həmçinin biznesin aparılması üçün əlverişli şəraitin yaradılması da aiddir - bu, prinsipial olaraq vacib aspektdir. Bu istiqamətdə bir sıra ölkələr, o cümlədən Özbəkistan və Azərbaycan müsbət dinamika nümayiş etdirir. Hesab edirəm ki, biz ən qısa müddətdə mövcud boşluqları aradan qaldırmalıyıq".

Oxşar xəbərlər

Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"
Leya Qutierres: "Mərkəzi və Qərbi Asiya ölkələri Orta Dəhliz boyunca koordinasiyanı gücləndirməlidir"
Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır
ADB Rəhbərlər Şurasının növbəti illik toplantısının tarixi açıqlanıb
DB: Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər