Leya Qutierres: "Mərkəzi və Qərbi Asiya ölkələri Orta Dəhliz boyunca koordinasiyanı gücləndirməlidir"
Mərkəzi və Qərbi Asiya ölkələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca Yaxın Şərq münaqişəsinin mənfi nəticələrini minimuma endirmək üçün ən yüksək səviyyədə regionlararası dialoqu və birgə fəaliyyətin koordinasiyasını gücləndirməlidir.
"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leya Qutierres (Leah Gutierrez) ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən və bankın bu regiondakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Yaxın Şərqdə münaqişənin təsirini azaltmağa yönəlmiş siyasi tədbirlər qiymət siqnallarının süni şəkildə qarşısını almalı deyil, sabitliyi təmin etməlidir.
"Fiskal dəstək ünvanlı olmalı və məhdud zaman kəsiyində göstərilməlidir. Mərkəzi banklar inflyasiya gözləntilərinin sabitliyini təmin etməklə yanaşı, ifrat bazar dəyişkənliyinin məhdudlaşdırılmasına diqqət yetirməli, Mərkəzi və Qərbi Asiya iqtisadiyyatları isə yüksək səviyyəli regional dialoqu intensivləşdirməli və Orta Dəhliz boyunca səyləri əlaqələndirməlidir", - L.Qutierres bildirib.
Oxşar xəbərlər
Özbəkistan CAREC çərçivəsində Rəqəmsal Gömrük və Logistika Alyansının yaradılmasını təklif edib
Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"
Masato Kanda: "Asiya-Sakit okean regionu ümumi dayanıqlığı gücləndirməlidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
