Hesabat: Zəngəzur marşrutu Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışını asanlaşdıracaq
Zəngəzur dəhlizinin istismara verilməsi bu marşrut boyunca yerləşən ölkələr üçün mühüm iqtisadi və logistik üstünlüklər yaradacaq.
Bu barədə “Sizinxeber.az” Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanmış analitik hesabata istinadən xəbər verir.
Sənəddə bildirilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükünü azaltmaq üçün ən optimal variantlardan biri Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək 43 kilometrlik dəmir yolu hissəsi - Zəngəzur dəhlizidir.
Hesabatda qeyd olunur ki, dəhlizin istifadəyə verilməsi Azərbaycan ilə Türkiyə arasındakı marşrutu əhəmiyyətli dərəcədə qısaldacaq. Hazırda BTQ xətti üzrə yük qatarları Gürcüstan ərazisindən keçməklə təxminən 250 km yol qət edir. Yeni marşrut isə sərhədyanı Ağbənd kəndinə qədər yolların tikintisinin tamamlanmasından sonra iki ölkə arasındakı məsafəni 343 km azaldacaq. Bu isə həm daşınma müddətinə, həm də nəqliyyat xərclərinə ciddi qənaət edilməsinə imkan verəcək, Gürcüstan üzərindən keçən marşrutla müqayisədə yük çatdırılma vaxtını təxminən bir gün azaldacaq.
Bununla yanaşı, hesabatda vurğulanır ki, Zəngəzur dəhlizinin açılması BTQ marşrutunun əhəmiyyətini azaldan deyil, əksinə, onu tamamlayan bir alternativ kimi çıxış edəcək. Hər iki istiqamət birgə şəkildə regionun tranzit potensialını artıracaq, hesabatda deyilir.
Tədqiqat müəlliflərinin fikrincə, bu dəhliz Asiya ilə Avropa arasında uzanan nəqliyyat-logistika zəncirinin bütün iştirakçıları üçün fayda təmin edəcək. Yeni marşrut Asiya ölkələrinin Avropa bazarlarına quru yolu ilə daha asan və sürətli çıxışını təmin etməklə yanaşı, regionun logistik imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu isə tranzit xidmətlərinə olan tələbatı artıracaq.
Xüsusilə Mərkəzi Asiya ölkələri üçün Zəngəzur dəhlizi, Azərbaycan ərazisi üzərindən Türkiyə, Rumıniya və Bolqarıstan kimi Avropa ölkələrinin bazarlarına çıxışı təmin edən strateji alət kimi qiymətləndirilir.
Hesabatda qeyd olunur ki, dəhlizin tam fəaliyyətə başlaması Azərbaycan üçün hazırda prioritet istiqamətlərdən biridir. Bu layihə Ermənistan da daxil olmaqla bütün region ölkələrinin maraqlarına cavab verir. Dəhlizin işə düşməsi ilə yanaşı, Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi yaradılacaq, eyni zamanda Naxçıvandakı Culfa qovşağı vasitəsilə Azərbaycan, Ermənistan və İran arasında sovet dövründə fəaliyyət göstərmiş nəqliyyat əlaqələri bərpa ediləcək.
Sənəddə həmçinin vurğulanır ki, Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı marşrutunun formalaşması Türkiyə ilə region ölkələri arasında birbaşa dəmir yolu əlaqəsinin qurulmasına imkan verəcək. Bu isə regionlararası əməkdaşlığın inkişafına və iqtisadi inteqrasiyaya əlavə təkan verəcək.
Oxşar xəbərlər
ADY: Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək
ADY və Çin Dəmir Yolları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib
Dünya Bankı Orta dəhlizin inkişafı üçün Türkiyəyə 660 milyon dollar ayırır
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqladı
Hakan Fidan: Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıqla səmərəliliyi artıracağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












