ADY: Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək
Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq Horadiz-Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir: “İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlik istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki razılaşdırılıb, körpülərin yerləri və dəmir yol xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.
Xatırladaq ki, İranın ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair konseptual layihə ötən il razılaşdırılıb.
110,4 km uzunluğu olan Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlərin 2025-ci ildə tamamlanması gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan İranla Ağbənd-Salam-Məlik dəmir yolu xətti üzrə ən uyğun marşrut xəttini razılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45 % tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Horadiz-Ağbənd dəmir yolu xəttində bu il ərzində görüləcək işlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 %-i tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












