Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər
sizinxeber.az xəbər saytı

Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər


Azərbaycanda Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

N.Alimova qeyd edib ki, bu ərazilərdə bəzi hallarda bələdiyyə sənədləri mövcud olsa da, çoxsaylı məhəllələr faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaqları kimi təsnif edilir:

“Yeni qanun layihəsində tikintinin aparıla biləcəyi hallar və növlər müəyyənləşdirilib, lakin bu qaydalar fərdi yaşayış evlərinə aid deyil. Buna görə də, kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində inşa edilmiş tikililərlə bağlı yanaşma daha ciddi və fərqli olmalıdır”.

N. Alimova bildirib ki, torpaq kateqoriyaları qanuna uyğun olaraq dəyişdirildikdən sonra Abşeron yarımadasında massivləşmiş fərdi yaşayış evləri olan məhəllələrdə sənədləşdirmə prosesi mümkün olacaq:

“Fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə hüquqların rəsmiləşdirilməsi üçün zəruri dəyişikliklər edildikdən sonra qeydiyyat həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanda ölkə başçısının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Oxşar xəbərlər

Nigar Alimova: "Sənədsiz evlərlə bağlı problemlərin həlli istiqamətində çalışırıq"
Azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi qaydası müəyyənləşib
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək
Komitə sədri: Ölkədə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib
Azərbaycanda sənədsiz evlərlə bağlı normativ hüquqi akt qəbul ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər