Kənan Qurbanov: “Azərbaycan yükdaşıyıcıları Çində logistik mərkəz yaradıblar”
sizinxeber.az xəbər saytı

Kənan Qurbanov: “Azərbaycan yükdaşıyıcıları Çində logistik mərkəz yaradıblar”


Azərbaycan yükdaşıyıcıları Çində logistik mərkəz yaradıblar.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə və Asiya istiqamətlərində yükdaşımalarında artım var: “Buna səbəb isə Azərbaycan ilə Çin arasında viza rejiminin aradan qaldırılmasıdır. Bu, beynəlxalq daşımalar üçün çox vacib və mühüm razılaşmadır. Əvvəllər bizim sürücülər Çinə daxil ola bilmirdi, çünki viza almaq üçün uzun prosedurlar lazım idi. İndi isə viza rejimi ləğv olunub, proses rahatlaşıb".

O vurğulayıb ki, hazırda sürücülər Çinə rahat gedirlər: “Əvvəllər sərhəddə malları çinli vasitəçilər alır və ölkənin daxilinə aparırdılar. Bizim sürücülər isə yalnız sərhədə qədər gedə bilirdi. İndi bu məhdudiyyət aradan qalxıb. Artıq bəzi logistika şirkətlərimizin Çində öz mərkəzləri də fəaliyyət göstərir".

Oxşar xəbərlər

ABADA: Azərbaycanla Rusiya arasında yükdaşımalarında heç bir problem yaşanmayıb
Qasım Mohuiddin: Pakistanla Azərbaycan arasında viza rejiminin ləğvi planlaşdırılmır
ABADA: Azərbaycan daşıyıcıları Aİ ölkələrində çətinliklərlə üzləşirlər
Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir
Azərbaycan və Çin arasında viza rejiminin ləğvi qarşılıqlı əlaqələri daha da intensivləşdirəcək - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər