Azərbaycan və Çin arasında viza rejiminin ləğvi qarşılıqlı əlaqələri daha da intensivləşdirəcək - RƏY
Azərbaycan və Çin arasında viza rejiminin ləğvinə dair sazişin imzalanması iki ölkə arasında əlaqələrin yeni mərhələyə daxil olmasına təkan verəcək.
Bunu “Report”a açıqlamasında Prezident İlham Əliyevin Pekinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin arasında viza rejiminin aradan qaldırılmasına dair sazişin imzalanmasını dəyərləndirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, bu addım iki ölkə və xalq arasında əlaqələri daha da intensivləşdirəcək:
“Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş iki ölkənin münasibətlərinə müsbət mənada ciddi təsir göstərəcək. Vizanın aradan qaldırılması həm də iki xalq, iki cəmiyyət arasında münasibətlər intensivləşməsi anlamına gəlir. Bu isə bütövlükdə münasibətlərin inkişafına mühüm töhfə verəcək”.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri və bu çərçivədə mühüm sənədlərin imzalanması ikitərəfli əlaqələrin bir çox sahələrdə daha da genişləndirilməsini ehtiva edir:
“Azərbaycan və Çin liderləri arasında bu gün həm də hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat imzalanıb. Həmin bəyanatda da viza rejiminin aradan qaldırılması hər iki lider tərəfindən alqışlanıb. Bütün bunlar ikitərəfli münasibətlərin yeni mərhələyə daxil olmasından xəbər verir”.
Oxşar xəbərlər
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
Qasım Mohuiddin: Pakistanla Azərbaycan arasında viza rejiminin ləğvi planlaşdırılmır
Mərakeşin səfiri: İki ölkə arasında viza rejiminin ləğvindən sonra turizm sahəsində də ciddi artım müşahidə olunub
Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur
Səfir: Azərbaycanla Filippin arasında viza rejiminin sadələşdirilməsinə çalışırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı













